ORMOGEL — Xondroprotektor təsirə malik gel, oynaq və birləşdirici toxumaların sağlamlığını təmin edən vasitə

Original price was: 25,00 ₼.Current price is: 24,00 ₼.

Ağrıkəsici, iltihab əleyhinə, regenerasiyaedici və angioprotektor xüsusiyyətləri ilə oynaq toxumalarının yenilənməsini təmin edən elmi əsaslı dəstək

Səbətə 100,00  əlavə edin və pulsuz çatdırılma əldə edin
Açıqlama

Buraxılış forması:

100 q gel  

Faydalar:

  • Oynaq və qığırdaq toxumasını bərpa edir.
  • İltihab əleyhinə və ağrıkəsici təsir göstərir.
  • Əzələ və vətərlərin elastikliyini artırır.
  • Qan dövranını, mikrosirkulyasiyanı yaxşılaşdırır.
  • Ödem və hiperemiyanı azaldır.
  • Sinovial mayenin sintezini artırır.
  • Yerli təsirilə ağrını tez bir zamanda yüngülləşdirir.

Özəlliklər & İstifadə

Tərkibindəki əsaslar:

  • Qlükozamin sulfat – dəri səthinə sürtüldükdə yaxşı sorulur, oynaqlarda ağrını azaldır və hərəkəti artırır. 
  • Xondroitin sulfat – yüksək molekullu mukopolisaxariddir. Qığırdaq toxumasında fosfor və kalsium mübadiləsini normallaşdırır. Oynaqlarda qığırdaq toxumasının strukturunu  və funksiyalarını pozan fermentləri blokada etməklə qığırdağın  zədələnməsinin qarşısını alır. 
  • Dimetil sulfoksid – kükürdün təbii mənbəyi olub, orqanizmin bütün hüceyrələrində olur. Qlükozamin və xondroitinin biomənimsənilməsini yaxşılaşdırır, birləşdirici toxumanın elastikliyini təmin edir, kollagenin sintezini artırır. 
  • Metilsalisilat – dəri qatından tez sorulur, iltihab mediatoru olan siklooksigenazanı ingibə etməklə iltihab əleyhinə və ağrıkəsici təsir göstərir. İltihablaşmış toxumaların infiltrasiyasını və kapilyarların keçiriciliyini azaldır, mikrosirkulyasiyanı  yaxşılaşdırır.
  • Dağlıq öküzotu ekstraktı – tərkibindəki komponentlər hesabına güclü iltihab əleyhinə, ağrıkəsici, regenerator, angioprotektor, antiaqreqant və antioksidant təsirlərə malikdir.
  • Ladan ağacı ekstraktı – oynaqlarda olan iltihabı və ödemi azaldır. 
  • Hialuron turşusu – artroz zamanı oynaqda olan hialuron turşusu normadan 2-3 dəfə azalır. Bu da öz növbəsində oynağın sürtülməsinin artmasını və oynaq qığırdağında degenerativ proseslərin yaranmasına gətirib çıxarır. 
  • Evkalipt yağı -mikrosirkulyasiyanı artırır və  iltihab əleyhinə təsir göstərir. Oynaq ağrısını və yumşaq toxumaların infiltrasiyasını azaldır.
  • Mentol -yerli keyidici və ağrıkəsici təsirlərə malikdir. Dərinin soyuğa qarşı reseptorlarını oyadır, reflektor olaraq damargenəldici təsir edir. Əzələlərin gərginliyini aradan qaldırır və aktiv komponentləri dərin qatlara ötürür.
  • Ağ söyüd ekstraktı–əzələ ağrılarını və artrit simptomlarını yüngülləşdirir.
  • Maye parafin – antiseptik və iltihab əleyhinə təsirə malikdir.
  • E vitamini – güclü antioksidantdır, oksigenin sərbəst radikallarını oksidləşdirir.

100 q gelin tərkibi:

Qlükozamin sulfat

Xondroitin sulfat 

Dimetilsulfoksid 

Metilsalisilat

Ladan ağacı ekstraktı 

Dağlıq öküzotu ekstraktı

Mentol

Ağ söyüd ekstraktı 

Evkalipt yağı 

Maye parafin 

Hialuron turşusu yağı

E vitamini 

 

İstifadə qaydası:

  •  Gündə 2–3 dəfə təmiz və quru dəriyə nazik təbəqə şəklində çəkilərək masaj hərəkətləri ilə yeridilir

İstehsalçı: CONALT®

Brend haqqında
AD Medline
Çatdırılma və Göndərmə
kateqoriya: Brand:
0 Ray
0
0
0
0
0

Müştəri rəyləri

Filtrləri təmizləyin

Hələ heç bir rəyi yoxdur.

Rəy yazan ilk siz olun “ORMOGEL — Xondroprotektor təsirə malik gel, oynaq və birləşdirici toxumaların sağlamlığını təmin edən vasitə”

Your email address will not be published. Required fields are marked *

Əlaqəli məhsullar