TIOGREN – Orqanizmin vitamin, mineral və omeqa-3 yağ turşularına olan ehtiyacını ödəmək üçün nəzərdə tutulmuş özəl formulu

Original price was: 25,00 ₼.Current price is: 24,00 ₼.

Sağlam böyümə və inkişaf üçün elmi əsaslı omeqa-3 yağ turşusu tərkibli vitamin -mineral dəstəyi.

Səbətə 100,00  əlavə edin və pulsuz çatdırılma əldə edin
Açıqlama

Buraxılış forması:

40 kapsul (20 yumşaq kapsul+ 20 bərk kapsul)

Faydalar

  • Sümük və diş sağlamlığını gücləndirir.
  • Ürək və sinir sistemi üçün faydalıdır.
  • OMEQA – 3 yağ turşuları (EPA, DHA): ürək-damar sağlamlığını dəstəkləyir, xolesterol və triqliserid səviyyəsini azaldır.
  • Vitaminlər və minerallar: orqanizmdə metabolik proseslərdə, immunitetin güclənməsində, sümük və diş sağlamlığında, sinir sistemi funksiyalarında mühüm rol oynayır.
  • Antioksidant təsir göstərərək hüceyrələri sərbəst radikalların zədələnməsindən qoruyur.
  • Beyin funksiyalarını, görmə qabiliyyəti və immun sistemi dəstəkləyir.
  • Orqanizmin ümümi müqavimətini artırır.
  • Zəif qidalanma, zehni yüklənmələr zamanı orqanizmin artmış vitamin-mineral tələbatını ödəyir.
  • İştahı artırır, çəki artımını dəstəkləyir.

Özəlliklər & İstifadə

Tərkibindəki əsaslar:

    • Balıq yağı (Omega-3) EPA, DHA- yağ turşuları sinfinə aid olan eykozapentayen (EPT) və dokozaheksayen (DHT) yağ turşuları əvəzolunmayan yağ turşularıdır. Orqanizmdə kiçik sıxlıqlı lipoproteidlərin (LDL) konsentrasiyasını azaltması nəticəsində triqliseridlərin miqdarını azaldır, tromboksan A2 sintezini azaltmaqla hemostaza aktiv təsir edir və qanın laxtalanma müddətini nisbətən uzadır. EPT və DHT qaraciyərdə triqliseridlərin sintezini tormozlayır. Trombositlərin aqreqasiyasını və tromb yaranmanı zəiflədir, antiaritmik və antiaqreqant təsir göstərir, qəfləti ölüm riskini azaldır. Sinir toxumasını bərpa edir, sinir ötürücülüyünü normallaşdırır, beynin boz maddəsini gidalandırır, zehni və yaddaşı yaxşılaşdırır. 
    • E vitamini – hüceyrələri sərbəst radikalların zədələyici təsirindən qoruyaraq antioksidant təsir göstərir, həmçinin reproduktiv orqanların funksiyasını tənzimləyir. 
    • A vitamini – boy və çəki inkişafını sürətləndirir.
    • D vitamini – kalsiumun bağırsaqlardan sorulmasını, kalsium-fosfor mübadiləsini sürətləndirir, osteomalyasıyanın qarşısını alır.
    • Magnezium – qanın laxtalanması, kalsiumun sorulmasında iştirak edir.
    • Sink – orqanizmin immun sistemini gücləndirir, makrofaqların faqositar aktivliyi yüksəldir.
    • Yod – qalxanabənzər vəzin funksiyasını normallaşdırır, hüceyrə mübadiləsini və böyüməsini təmin edir, reproduktiv funksiyanı yaxşılaşdırır.
    • Selen-böyümə inkişafı təmin edir.
    • C vitamini – dəmir və kalsiumun mənimsənilməsini artırır, iştahanı, immuniteti yaxşılaşdırır. Kollagenin sintezini artırır, damar divarının elastikliyini bərpa edir, kapillyarların keçiriciliyini normallaşdırır.
  • Dəmir sulfat – qan azlığının qarşısını alır.
  • Mis sulfat- qanyaranma proseslərində, zülalların, kollagenin, elastinin sintezində, boy artımında, bəzi fermentlərin fəaliyyətində iştirak edir. İltihab əleyhinə, immunostimulyator, spazmolitik təsirlərə malikdir.
  • Manqan sulfat – yağların normal metabolizmi, sümük və birləşdirici toxumanın qurulması, enerji istehsalı, DNT sintezi və xolesterin mübadiləsi üçün əhəmiyyətlidir.
  •  B qrup vitaminlər- karbohidrat, zülal və yağ mübadiləsində, neyromediatorların sintezində, sinir liflərinin mielinizasiyasında, qanyaranma proseslərində iştirak edirlər.

Hər 1 yumşaq kapsulun tərkibində:

TərkibMiqdar
Balıq yağı500 mq
Omeqa-3 yağ turşuları –325 mq                                     
DHT250 mq
EHT50 mq
DL-Alfa-tokoferil asetat32,6087 mq
Retinil asetat3,3333 mq
Hər 1 bərk kapsulun tərkibində:
TərkibiMiqdarı
Kalsium karbonat                                     374,5955 mq
Maqnezium oksidi124,3708 mq
L-askorbin turşusu (Vitamin C)100 mq
Sink sulfat monohidrat41,1801 mq
Dəmir sulfat38,0825 mq
Nikotinamid (Vitamin B3)20 mq
Kalsium D-pantotenat10,8696 mq
Mis sulfat monohidrat5,5708 mq
Tiamin hidroxlorid4,0139 mq
D vitamini400 BV
Riboflavin (B2 vitamini)2 mq
Manqan sulfat monohidrat1,3721 mq
Fol turşusu0,4 mq
Kalium yodid0,1832 mq
Natrium selenit0,1211 mq
Piridoksin hidroxlorid4,862 mq
D-biotin (B7 vitamini)0,1 mq
Siyanokobalamin (B12 vitamini)0,006 mq

İstifadə qaydası:

  • Gündə bir dəfə  yemək zamanı 1 yumşaq və 1 bərk kapsul qəbul olunur.

İstehsalçı: CONALT®

Brend haqqında
AD Medline
Çatdırılma və Göndərmə
kateqoriya: Brand:
0 Ray
0
0
0
0
0

Müştəri rəyləri

Filtrləri təmizləyin

Hələ heç bir rəyi yoxdur.

Rəy yazan ilk siz olun “TIOGREN – Orqanizmin vitamin, mineral və omeqa-3 yağ turşularına olan ehtiyacını ödəmək üçün nəzərdə tutulmuş özəl formulu”

Your email address will not be published. Required fields are marked *

Əlaqəli məhsullar