VOLAX — Uşaq və böyüklərin sağlamlığı üçün nəzərdə tutulmuş Sink Pikolinat tərkibli xüsusi formul
25,00 ₼ Original price was: 25,00 ₼.24,00 ₼Current price is: 24,00 ₼.
Orqanizmdə sink çatışmazlığının qarşısını almaq və immun sistemini gücləndirmək üçün əsaslı dəstək.
Buraxılış forması:
30 ml məhlul-damcı
Faydalar:
- Antioksidantd;r, orqanizmdə bir çox fermentlərin işini aktivləşdirir.
- Diareya zamanı elektrolit itkisinın qarşısını alır.
- Xroniki immun çatışmazlığı, infeksiyalar zamanı orqanizmin immun sistemini dəstəkləyir.
- İntensiv boy və çəki artımı dövründə faydalıdır.
- Saç tökülməsi, dırnaq problemlərinın qarşısını alır.
- Xroniki yorğunluq və halsızlığı aradan qaldırır.
- Reproduktiv funksiyaların, hormonal sferanın işini dəstəkləyir.
Özəlliklər & İstifadə
Tərkibindəki əsaslar:
Sink pikolinat – Bu elementin insan orqanizmində funksiyalarından biri – zülalların, yağların və karbohidratların sintezi və parçalanmasında iştirak etməkdir. Bundan əlavə, sink orqanizmdə leykositlərin, anticisim, hormonların fəaliyyətinə təkan verir. Sink hüceyrələri orqanik toksinlərdən, ağır metalların təsirindən, radiasiyadan və patogen bakteriyaların hasil etdiyi endotoksinlərdən qoruyaraq antioksidant təsir göstərir. Sink – 200-dən çox fermentin tərkibinə daxildir və onlar müxtəlif mübadilə reaksiyalarında iştirak edir. Sink – dərini normal vəziyyətdə saxlamaq, saçın və dırnaqların inkişafı, həmçinin yaraların bitişməsi üçün (çünki, o, zülal sintezində əhəmiyyətli rol oynayır) lazımdır. Sink – mədəaltı vəzin hormonu olan insulinin tərkibinə daxildir, qanda şəkərin miqdarını tənzimləyir. Sink – T limfosit hüceyrələrini aktivləşdirir, infeksiyalaşmış hüceyrələrə hücum edir, immun cavab reaksiyalarında iştirak edir. Makrofaqların faqositar aktivliyini artıraraq həm yerli həm sistemli şəkildə orqanizmin müqavimətini artırır. Sink-beyinin fəaliyyətini stimulə edir, hormonal fonu düzəldir, yeni hüceyrə və kollagen lifləri yaranmasında iştirak edir.
Sink – hamilə və süd verən qadınlar üçün də çox vacib komponentdir. Hamilə qadında sink çatışmazlığı ana və uşaqda ağır fəsadların yaranma riski ilə müşayiət olunur. Sink çatışmazlığı bir tərəfdən hamiləlik və doğuş fəsadlarının tezliyini artırır, digər tərəfdən dölün inkişafının və vəziyyətinin pisləşməsinə gətirib çıxarır.
Hər 1 ml-in (20 damcı) tərkibində:
| Tərkib | Miqdarı |
| Sink pikolinat | 24 mq |
İstifadə qaydası:
| Yaş qrupu | Doza (damcı/ml) | Elementar sink (mq) | Qəbulu |
|---|---|---|---|
| 1,5 – 4 yaş | 10 damcı / 0,5 ml | 2,5 mq | gündə 1 dəfə |
| 5 – 10 yaş | 20 damcı / 1 ml | 5 mq | gündə 1 dəfə |
| 10 yaş və böyüklər | 40 damcı / 2 ml | 10 mq | gündə 1 dəfə |
İstehsalçı: CONALT®
Əlaqəli məhsullar
CONALT Sistelex 30 kapsul
anbarda
CONALT® Notiro – Tiroid sağlamlığı üçün dəstək
anbarda
CONALT® Ultra Fem – Qadınlarda hormonal balans və enerji dəstəyi
anbarda
CONALT® Vitamin D3 – Güclü immun və sümük dəstəyi
anbarda
NEMOKAL – Kompleks vitamin – mineral tərkibli özəl kalsium formulu
anbarda

Müştəri rəyləri
Filtrləri təmizləyinHələ heç bir rəyi yoxdur.